“Mübariz” snayper tüfəngi | Taktiki-Texniki xüsusiyyətləri

2017/12/11345345345_1512812088.jpg
Oxunub: 5744     17:34     09 Dekabr 2017    
Azərbaycan MSN-nin “Telemexanika” zavodunun mühəndislərinin hazırladığı 12.7 mm-lik snayper tüfəngi 2013-cü ilin əvvəllərində orduda silahlanmaya qəbul edilib. Sınaqlar zamanı milli silahımız üzərində xeyli təkmilləşdirmələr aparılıb. “İstiqlal” snayper tüfəngi ailəsindən olan yeni tüfəng, silahlanmaya Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun şərəfinə “Mübariz” adı ilə qəbul edilib.

Qeyd edək ki, bu tüfəng ilk dəfə 2012-ci il noyabrın 7-dən 10-dək İndoneziyanın paytaxtı Cakarta şəhərində “İndoDefence -2012” müdafiə sərgisində nümayiş olunub. Bu tüfəng eyni zamanda Azərbaycanın lisenziyası ilə Türkiyənin MKEK (Mechanical and Chemical Industry Corporation) şirkəti tərəfindən də istehsal edilir. Azərbaycan, İordaniya, Turkiyə və Pakistan Silahlı Qüvvələrində silahlanmaya qəbul edilib.

İST -12,7 “Mübariz” - 12,7 mm-lik iri çaplı yarımovtamat snayper tüfəngidir. “Mübariz” uzaq məsafələrə dəqiq atəş aparmaq üçün nəzərdə tutlmuş atıcı silahdır.


12.7x108 mm-lik patronlardan atəş açan “Mübariz” tüfəngi müxtəlif istismar şəraitində - havanın 93-97% nisbi rütübətliliyində, -50 dərəcədən +50 dərəcə temepratura qədər effektiv istifadə oluna bilir. Yağış, toz və qar şəraitində etibarlı işləyir. O, vacib düşmən hədəflərinə tək-tək və dəqiq atəşin açılması üçün nəzərdə tutulub. Tüfəngin hədəfə tuşlanması optik və mexaniki nişangahlarla yerinə yetirilir. “Mübariz” snayper tüfəngi yerli müəssisədə hazırlanmış daha müasir optik nişangahla və ya Aselsan Pyton termal görüntüləmə nişangahı ilə təchiz olunur.

Taktiki-Texniki xüsusiyyətləri:
Sursat - 12,7x108 mm
Çapı - 12,7 mm
Atəş tezliyi - 15 atəş/ dəq
Başlanğıc surət B-32 - 845m/san
Silahın uzunluğu - 1700mm
Lülənin uzunluğu - 1100mm
Hədəf məsafəsi - 2000mm
Sursat sandığı - 7 ədəd
Çəkisi - 16 kq
İş prinsipi - yarım avtomat


Snayper tüfəngi aşağıda göstərilən döyüş tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub:

- Yüngül zirehli hədəflərlə (zirehli transportyor, piyadaların döyüş maşını və s.), pilotlu və pilotsuz uçuş aparatları ilə mübarizə aparmaq;

-2000 m-ə qədər məsafələrdə yüngül sığınacaqlar arxasında qorunan, qısa müddətdə görünən, hərəkət edən və etməyən, açıq və maskalanmış hədəfləri məhv etmək;

- Mühəndis sursatlarını təhlükəsiz məsafədən məhv etmək;

- Döyüş, nəqliyat, rabitə, kəşfiyat, idarəetmə, kəşfiyyat vasitələrini, radiolokator və peyk rabitə sistemlərinin antenalarını, raket və artilleriya qurğularını, tankların xarici avadanlığını sıradan çıxarmaq;

- Sərhədlərə nəzarət etmək və su hövzəsi sahillərini kiçik gəmilərdən qorumaq.

Silahdan 12,7x108 mm-lik çaplı snayper, zirehdələn-yandırıcı (B-32 və BS), zirehdələn-yandırıcı-izburaxan (BZT-44) və adi yandırıcı gülləli (MDZ) patronlarla atəş açılır.

12.7x108 mm-lik “Mübariz” snayper tüfəngi Dağlıq Qarabağ və cəbhə rayonlarında Azərbaycan Silahlı Qüvvələri tərəfindən uğurla istifadə olunur.

Hərbi ekspert Ədalət Verdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mübariz   Snayper  


Bizi "telegram"da izləyin